ABŞ konqresmeni David Sisilini və Gus Bilirakis, Dövlət Departamentini Qafqaz, Cənubi Asiya və Yaxın Şərqdə rəsmi araşdırma aparılınacaya qədər ABŞ-ın pilotsuz təyyarəsi texnologiyasının Türkiyəyə ixracı üçün lisenziyaları dayandırmağa çağırır. Konqresmenlər ABŞ dövlət katibi Entoni Blinkenə bu tələblə məktub göndəriblər.
“Sanksiyaların tətbiq olunmasına baxmayaraq, Türkiyənin hərəkətləri NATO üzvü olaraq məsuliyyətlərinə zidd olaraq davam edir. Keçən il Türkiyə pilotsuz uçan aparatları Azərbaycan tərəfindən Artsax xalqına qarşı, Suriyada, İŞİD ilə mübarizədə kürdlərə qarşı istifadə edilib. Türkiyə Polşa və Pakistanla pilotsuz uçan vasitələrin satışı ilə bağlı müqavilələr imzalayıb, həm də Rusiya və Pakistanla hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına dair müqavilələr imzalayıb. Türkiyə, işğal altındakı Kiprdə pilotsuz uçan aparatların bazası yaratmaq niyyətində olduğunu da açıqlayıb. Pilotsuz uçan aparatların Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Şimali Afrikadakı qaynar nöqtələri sabitləşdirməmək potensialı göz ardı edilə bilməz”,- deyə məktubda deyilir.
Konqresmenlər həmkarlarını bu məktuba qoşulmağa çağırırlar.
Bundan əvvəl Belçika QHT-ləri hökumətlərini Türkiyəni silahlandırmamağa çağırıb.