Artsax Respublikasının dövlət naziri Artak Beglaryan Azərbaycan prezidenti İlham Əliyevin Artsaxın statusu və əhalisi ilə bağlı açıqlamalarına cavab verdi.
Beglaryan qeyd edib ki, Artsax min illər boyunca ermənilərindir və milli iradəmiz və səyimiz sayəsində əbədi olaraq ermənilərin qalacaqdır. Onun sözlərinə görə, İlham Əliyev son müsahibəsində, cəmiyyətini və beynəlxalq auditoriyanı Artsaxla bağlı yalanlarla qidalandıraraq bir daha yoldan çıxartmağı hədəflədi.
“Xüsusilə də Əliyev, Azərbaycanda Dağlıq Qarabağ adlı bir ərazinin olmadığını söyləyərək "haqlıdır". Bəli, Dağlıq Qarabağ Azərbaycan ərazisindən kənardadır, heç vaxt Azərbaycan ərazisində olmayıb və olmayacaqdır.Artsaxın statusu ilə bağlı iddiaları isə yalnız özünü aldatma və yalançılığın təzahürüdür”.-deyə Beglaryan vurğuladı.
O əlavə etdi ki, Artsax xalqı və hakimiyyəti Azərbaycan tərkibində hər hansı bir de-fakto və ya de-yure status qəbul etməyəcək.
Artak Beglaryan onu da qeyd etdi ki, Artsaxda 25 min sakinin olması barədə Əliyevin sözləri onun növbəti yalanıdır, çünki Artsaxda təxminən 115,000-120,000 insan yaşayır.
“Bu çıxışın məzmunu maraqlıdır, çünki o, Artsaxın taleyinin və gələcəyinin Artsax xalqından asılı olduğunu etiraf və qəbul edir və sadə bir hiylə ilə həqiqəti saxtalaşdırmağa çalışır”.