Ermənistan hökumətinin “Facebook” səhifəsində yaydığı məlumata görə, 2021-ci ilin birinci yarısında iqtisadi aktivlik indeksinin artımı 5% təşkil edib.
Cari ilin birinci yarısında iqtisadiyyatın sahələri aşağıdakı kimi böyüyüb:
Sənaye məhsulları: +2.1%
Ümumi kənd təsərrüfatı məhsulu: +6,8%
İnşaat: + 10.8%
Ticarət dövriyyəsi: + 8%
Xidmətlər: + 2.7%
2021-ci ilin iyun ayında iqtisadi fəaliyyət indeksinin may ayına nisbətən böyüməsi 12% olub.