İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında baş verən təxribatlarla ilə bağlı Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb. Bu barədə “IRNA” agentliyi bildirdi.
“Azərbaycan hərbçisinin həlak olması və üç erməni hərbçisinin sərhəd gərginliyi zamanı yaralanması bizi təəssüfləndirir”,- deyə qeyd etdi.
Xətibzadə sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.