Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub. O qeyd etdi ki, Rusiya Ermənistanla Azərbaycan sərhədində istənilən gərginliyin eskalasiyasını təəssüflə qarşılayır.
“Həm Ermənistan, həm də Azərbaycanla yaxın münasibətlərdə olan Rusiya Ermənistan-Azərbaycan sərhədinə, əlbəttə ki, sülhməramlı qoşunlarımızın yerləşdiyi Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirir. Rusiya tərəfi Dağlıq Qarabağda sabitlik və sülhün bərqərar olmasına, hərbi əsirlərin qaytarılması və cəsədlərin mübadiləsi daxil olmaqla humanitar məsələlərə mühüm töhfə verməyə davam edir.
Biz Bakı ilə Yerevan arasında etimad tədbirlərinin qurulmasına kömək edirik, BMT QAK və YUNESKO missiyaları üçün bölgəyə girişin təmin olunması üçün çalışmağa davam edirik
Əlbəttə, bizi Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində istənilən gərginlik bizi narahat edir. Əlbəttə ki, bu, regiondakı vəziyyətə neqativ təsir edir, Azərbaycanla Ermənistan arasında dialoqun normallaşmasına imkan vermir. Bu cür hadisələr iki ölkənin əhalisi arasında əsassız itkilərə yol açır.
Həlak olan erməni hərbi qulluqçuların ailələrinə başsağlığı verir və xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirik.Mövqeyimiz aydındır. Sərhəd insidentlərinin həlli yalnız siyasi və diplomatik tədbirlərlə həyata keçirilməlidir. Qarşıdurma ritorikasından və güc metodlarından çəkinmək son dərəcə vacibdir”,- deyə Rusiyanın XİN nümayəndəsi bildirdi.