Artsax Respublikasının XİN-i 28-ci ildönümü münasibətilə bəyanat yayıb.
“28 il əvvəl – 1993-cü ilin iyulun 23-də Dağlıq Qarabağ Respublikasının (Artsax Respublikası) Xarici İşlər Nazirliyi yaradılıb. Xarici İşlər Nazirliyinin qurulması, çətin dövrdə – Artsax xalqı, gənc dövlətin məhvi istiqamətində Azərbaycanın başlatdığı silahlı təcavüzü dəf edəndə baş verib. Mövcud vəziyyətdə hərbi əməliyyatların dayandırılmasına və Azərbaycan-Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlar səylərini və milli maraqların qorunmasına yönəlmiş xarici siyasət fəaliyyətini institusionalizasiya etmək lazım idi. Artsax Xarici İşlər Nazirliyi, 1994-cü il mayın 12-də üçtərəfli atəşkəs razılaşmasının imzalanmasına əhəmiyyətli töhfə verdi, nəticədə hərbi əməliyyatlar dayandırıldı və ölkənin dinc inkişafı üçün şərait yaradıldı.
XİN-in yaranması Artsaxda dövlət quruculuğu baxımından da vacib idi: müstəqil xarici siyasət aparmaq bacarığı qurulmuş dövlətin əlamətlərindən biridir. Artsax Respublikasının XİN yarandığı gündən bəri Artsaxın strateji maraqlarının qorunmasına və təşviqi, xüsusən müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, beynəlxalq əlaqələrin genişləndirilməsi və dərinləşməsi, Ermənistan-Artsax-Spyurkun gücləndirilməsi, Azərbaycan-Qarabağ münaqişəsinin və onun həlli yolları barədə Respublika hakimiyyət orqanlarının mövqeyinin dəqiqləşdirilməsi, Artsaxla bağlı məlumatlılığın səviyyəsinin yüksəldilməsi və xaricdəki müsbət nüfuzun gücləndirilməsi, Azərbaycan tərəfindən yalnış məlumatların və spekülasiyaların yayılmasına qarşı mübarizəyə yönəltmiş xarici siyasət yeridir.
2020-ci ilin sentyabrın 27-də Türkiyə və beynəlxalq terrorçuların birbaşa iştirakı ilə Azərbaycan tərəfindən Artsax Respublikasına qarşı başlatdığı silahlı təcavüz köhnə təhlükəsizlik təhdidlərinin artmasına və yenilərinin meydana çıxmasına səbəb oldu. Bu problemlər qarşısında proaktiv diplomatiya xüsusi əhəmiyyət kəsb edir.
Təşəbbüskar, realist və balanslaşdırılmış xarici siyasət Artsax Respublikasının milli təhlükəsizliyinin səmərəli təmin edilməsinin, onun dövlət suverenliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin, ərazi bütövlüyünün bərpasının, ölkənin geosiyasi subyektivliyinin artmasının, Azərbaycan-Qarabağ münaqişəsinin Artsax xalqının mənafeyi naminə hərtərəfli həllinin qarantıdır”.