ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendes komitə dinləmələri zamanı bəyan edib ki, Türkiyənin Kiprdə iki ölkə qurma təklifi, eləcə də Varoşanın qapalı ərazisinin inkişaf proqramları nəinki Kipr Respublikası, həm də bütün regionun təhlükəsizliyi üçün təhdiddir.
Menendes vurğulayıb ki, ABŞ Kiprin diqqət mərkəzində qalmasını, Ankaraın öz hərəkətləri üçün məsuliyyət daşımasını müşahidə etməlidir.
“Açığı desək, Ərdoğan Birləşmiş Ştatların dostu deyil”,- deyə Bob Menendes qeyd edib.