Rusiya İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç bu gün RF-nın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşüb. Tərəflər iki ölkə arasında strateji, ticarət və investisiya əməkdaşlığının inkişafını müzakirə ediblər.
Dmitri Volvaç qeyd edib ki, Rusiya, Ermənistanla müxtəlif sahələrdəki qabaqcıl təcrübəni bölüşməyə hazırdır.
“Ölkəmiz nəqliyyat, enerji, sosial infrastrukturun inkişafı, Ermənistan və Cənubi Qafqazda perspektivli investisiya layihələrinin həyata keçirilməsi üçün effektiv həllər təklif edə bilər. Rus şirkətləri elektron hökumət, 'ağıllı və təhlükəsiz şəhər', informasiya təhlükəsizliyi, logistika, enerji səmərəliliyi, məsafədən təhsil sahələrində həll təklifləri təmin etməyə hazırdır",- deyə o qeyd edib.