Tehranda Avrasiya İqtisadi Birliyi və üzv ölkələri, İran İslam Respublikası arasında Azad Ticarət Sazişinin imzalanması üçün müvafiq nümayəndə heyətlərinin görüşü başlayıb. İmzalanacaq müqavilə 2019-cu ilin oktyabrında imzalanmış Müvəqqəti Sazişi əvəz edəcək.
Bu barədə Avrasiya İqtisadi Komissiyası Protokolu və Təşkilati Dəstək Departamenti məlumat verib.
Sazişin imzalanması üçün ilk tam miqyaslı danışıqların sentyabr ayında keçirilməsi planlaşdırılır.