Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 21-də jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi yaxşı gedir.
D. Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla daim əlaqə saxlayır.
O, Moskvanın əlavə vasitəçinin səylərinə qarşı olmadığını bildirib.
Fransanın Qarabağ nizamlama prosesinə cəlb olmaq istəyi ilə əlaqədar olaraq, Peskov sülh üçün vasitəçilik səylərinin alqışlandığını qeyd etdi.