Racep Tayyip Erdoganın Kiprlə bağlı bəyanatları və beynəlxalq aləm tərəfindən tanınmayan “Şimali Kipr Türk Respublikası”ı rəhbərliyinin Varoşa şəhərinin bir hissəsini açmaq istəməsi beynəlxalq aləmin narazılığına səbəb olub.
ABŞ, Böyük Britaniya, RF və Avropa Birliyi bəyanat yayaraq Voroşanın statusunun dəyişdirilməsi ilə bağlı Ərdoğanın bəyanatını pisləyiblər və BMT-nin Təhlükəsizlik Şurasının qətnamənələrini izləməyə çağırıb. Məlumat5ı TASS agentliyi yayıb.
BMT-nin təhlükəsizlik şurası iyulun 21-də Kipr məsələsini müzakirə edəcək.
BMT-nin 1984 və 1992-ci il qətnamələrinə əsasən neytral zonada yerləşən Varoşa toxunulmaz olmalı və beynəlxalq sülhməramlı qüvvələrin müşaiyəti ilə vaxtilə orda yaşayan yunanlar geri dönməlidir.