Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 19-u saat 23:40 radələrində Naxicevan sərhədində baş verən atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb.
Daha əvvəl Ermənistan tərəfi məlumatlandırmışdı ki, intensiv atışma nəticəsində Yerasx kəndinin başçısı Radik Oğikyan yaralanmışdır.
Qeyd edək ki, iyulun 14-də Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində gərginlik artıb. Eyni gündə Azərbaycan tərəfinin təxribatı nəticəsində erməni hərbçi həlak olmuşdu.
İyulun 19-da axşam saatlarında və iyulun 20-də gecə saat 02:00-a qədər Azərbaycan silahlı qüvvələri qumbaraatanlardan istifadə etmədən atıcı silahlarla Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində yerləşən erməni mövqelərini atəşə tutmağa davam etdilər.
ER Silahlı Qüvvələri bildirib ki, təmas xəttində hər hansı bir dəyişikliyə icazə verməyəcəkdir.