İyulun 19-da axşam saatlarında və iyulun 20-də gecə saat 02:00-a qədər Azərbaycan silahlı qüvvələri qumbaraatanlardan istifadə etmədən atıcı silahlarla Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində yerləşən erməni mövqelərini atəşə tutmağa davam etdilər. Bu barədə ER Müdafiə Nazirliyi məlumat verir.
Bir neçə saat davam edən intensiv atışma nəticəsində Yerasx kəndinin başçısı Radik Oğikyan yaralanıb. R. Oğikyan azərbaycanlıların hərəkətləri nəticəsində yerdə meydana gələn yanğının söndürmə işlərini təşkil etməklə məşğuldu.
ER Silahlı Qüvvələri bildirir ki, təmas xəttində hər hansı bir dəyişikliyə icazə verməyəcəkdir.