İşğal altında olan Şimali Kiprə iki günlük səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iyulun 20-da qondarma Şimali Kipr Türk Respublikasının Azərbaycan tərəfindən tanınması məsələsinə toxunub.
Jurnalist Ərdoğana "İkinci Artsax müharibəsindən sonra Azərbaycanın Şimali Kipri tanıması ilə bağlı gözləntilərin olub-olmadığını, Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə ilk dəfə səfərinin bu gözləntiləri artırıb-yaratmadığını soruşub".
Ərdoğan buna cavab olaraq bildirib ki, şübhə edəcək heç bir şey yoxdur. “Bütün bunları mütəmadi olaraq qardaşım İlham Əliyev ilə müzakirə edirik. İnşallah bu qarşılıqlı səfərlər davamlı olacaq və yüksək səviyyədə davam edəcək"- deyə Türkiyə prezidenti qeyd edib.