Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda siyasi müxalifətin, mətbuat işçilərininin və ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yaydı. Milli Şuranın sədri Cəmil Həsənli OCCRP hesabatına toxunaraq yazıb ki, “Azərbaycanın criminal, kleptocrat, nepotist, korrupsioner, oğru rejiminin daha bir transmilli cinayət əməli ifşa olundu”.
O qeyd edir ki, hələlik məlum olan odur ki, 1000 nəfərdən artıq “etibarsız” hesab edilən müxaliflərin, jurnalistlərin, gənclər təşkilatı fəallarının, vəkil və hüquq müdafiəçilərinin, habelə bir sıra yüksək vəzifəli şəxslərin telefon, kompyuter, social şəbəkə üzərindən yazışmaları izlənilib. Əslində isə müxtəlif formada izlənənlərin sayı 5 mindən çoxdur.
“Jurnalist və ictimai fəallardan fərqli olaraq müxalifət düşərgənin öncülləri ailəvi izlənib və izlənən telefonlər arasında məktəb yaşlı uşaqların telefon cihazları da olub. Yeri gəlmişkən bu iş hazırda da davam edir. Baş verənlər izləmənin tamamilə yeni bir formasıdır və hətta “dinləmə” və “izləmə” ifadələri baş verən cinayəti özündə ehtiva edə bilmir”,-Həsənli qeyd edib.
O vurğulayıb ki, dövləti cinayətə yol verilib və ölkə vətəndaşları, ölkə müxalifəti, tənqidçi və “tərifçi” jurnalistlər, gənc fəallar, vəkillər, hüquq müdafiəçiləri, ayrı-ayrı vəzifəli şəxslər fasiləsiz olaraq izlənilib, vətəndaşların konstitusyon hüquqna qəsd edilib.
Həsənli şübhə etmir ki, NSO Group şirkətinin casus proqramı bilavasitə DTX-dan idarə olunur.
“DTX ilə yanaşı DİN və prezidentin təhlükəsizlik xidməti də bu işdən uzaq deyil. Hələ Ramil Usubovun dövründə DİN orqanları üçün 100 milyon dollarla dəyərində olan dinləmə və izləmə cihazlarının gizli şəkildə xaricdən alınması barədə məlumatlar var idi. Alternativ dinləmə və izləmə mərkəzlərinin yaradılması bir tərəfdən cəmiyyət üzərində nəzarətin “boşluqlarını” aradan qaldırmağa, digər tərəfdən isə güc strukturları arasında “rəqabəti” gücləndirməyə xidmət etməli idi. MTN iflas edəndə məlum oldu ki, “emprik” dinləmə və izləmə əsasən muxalifəti təqib etmək, azadfikirliliyi boğmaq və rüşvəti çiçəkləndirmək üçün həyata keçirilib. Hər 3 istiqamətin başında da İlham Əliyev dayanıb.
Dinləmə və izləmə texnologiyalarını “mükəmməlləşdirmək” üçün Əliyev rejimi Təl-Əvivdən yalnız ən son cəsusluq texnologiyasını almamışdı, eyni zamda bəzi məlumatlara görə bu işi şəbəkələşdirmək üçün vaxtı ilə İsraildən mütəxəssislər gətirmişdilər. Onlar tək şəbəkəni qurmadılar, onu işlədəcək adamları da hazırladılar,-deyə Milli Şuranın sədri qeyd etdi.