Türkiyə ABŞ-ın lazımi dəstəyi təmin etməsi şərti ilə Kabil hava limanının idarəedilməsini üzərinə götürməyə hazırdır.
Bunu işğal olunmuş Şimali Kiprdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əfqanıstanda və bölgədə yeni bir dövr başlayır. Burada üç əsas iştirakçı - ABŞ, NATO və Türkiyə var. Hazırda Amerika öz qoşunlarını Əfqanıstandan çıxarmaq qərarı verib. Kabil hava limanının isə fəaliyyət göstərməsini istəyirlər. Bunu müsbət hal kimi qəbul edirik və ABŞ-a həm diplomatik münasibətlərdə, həm də logistika məsələlərdə bir neçə şərtimiz var. Bizə lazımi dəstəyin göstəriləcəyi təqdirdə, Kabil hava limanının idarəçiliyini ələ almağı fikirləşə bilərik", - Ərdoğan vurğulayıb.