Ermənistanda səfərdə olan Avropa Parlamentinin fransalı deputatı, Xarici əlaqələr komissiyasının Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri, Avropa Parlamentində La République en Marche partiyasının nümayəndəliyinin rəhbəri Natali Luazo iyulun 20-də Tsitsernakaberd memorial kompleksini ziyarət edib.
Natali Luazo Erməni Soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edib, abidə önünə gül çiçəklər qoyub. Luazo muzeydən çox təsirləndiyini söyləyib. Avropa Parlamentinin nümayəndəsinin sözlərincə, soyqırımın təkrarlanmaması üçün bütün dünya Erməni Soyqırımını bilməli və xatırlamalıdır. O həmçinin Erməni Soyqırımının beynəlxalqcasına tatnınması məsələsini vurğulayıb.
Fəxri qonaqlar kitabına yazı qeyd edərək fransalı deputat vurğulayıb: “Bütün dünya Fransa kimi Erməni Soyqırımını tanımalıdır”.