Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında Ermənistan-Azərbaycan səehədində baş verən son hadisələrlə bağlı paylaşım edib.
Paylaşımda deyilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir.
“Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır",- deyə qeyd olunub.