Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin zirvəsi avqust ayında baş tutacaq. "Türkmenportal" xəbər verir ki, bunu Türkmənistan prezidenti Berdiməhəmmədov şənbə günü hökumət iclasında deyib.
Orta Asiya liderlərinin görüşünün 6 avqustda Əvəzdə baş tutacağı bildirilir. Çox güman ki, Xəzər dənizi sahilindəki milli turizm zonasında Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcəkdir.
Üç prezident arasındakı danışıqların əsas mövzularından birinin Türkmənistanın enerji ehtiyatlarının Avropaya ixracı məsələsi olacağı gözlənilir. 2021-ci il yanvarın 21-də Aşqabadda Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, inkişafı və işlənməsi barədə anlaşma memorandumu imzalanmışdır.