Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə SOCAR-ın dörd vitse-prezidenti tutduğu vəzifədən azad edilib.
Xüsusən, emal üzrə vitse-prezident Davud Məmmədov, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov (hansı sahə üzrə vitse-prezident olduğu dəqiqləşdirilməyib) vəzifədən azad edilib.
Beləliklə, SOCAR vitse-prezidentlərinin sayı 8 nəfərə qədər azalıb.
Prezidentin sərəncamında bu şəxslərin vəzifədən azad edilməsinin səbəbləri açıqlanmır və yalnız Konstitusiyanın dövlət başçısının nazirlik, idarə və dövlət şirkətlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcəyi haqqında maddəsinə istinad yer alır.