Kreml İlham Əliyevin Rusiyaya səfərini təsdiq edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Bəli, belə işgüzar səfər hazırlanır. Bu bir işgüzar səfərdir, heç bir sənəd qəbul etməyəcəyi gözlənilmir”- deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistlərin Putinin Əliyevlə görüşü ilə bağl suala cavab olaraq deyib.
Məlum olub ki, Əliyev iyulun 20-də Moskvaya gedəcək.