Ermənistanla Avropa İttifaqı arasında təmaslar heç vaxt bu qədər intensiv olmamışdır. Bunu ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Avropa Şurasının prezidenti Şarl Mişellə brifinqdə bildirib.
“Ermənistanla Avropa İttifaqı arasında təmaslar heç vaxt bu qədər intensiv olmamışdır. Bu isə münasibətləri inkişaf etdirmək üçün iki tərəfin də hazır olduğunu göstərir. Həmçişə olduğu kimi, keçirilən müzakirər bizim cari və gələcək planlarımızın həyata keçirilməsi üçün lazım olan şəraitlərin təmin edilməsinin vacibliyi barədə idi”,-deyə Paşinyan bildirdi.
Ermənistan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan, 2020-ci ildə ortaya çıxan çətinliklərə, o cümlədən koronavirus, Artsaxa qarşı başladılan təcavüzkar müharibəyə və bunun nəticələrinə də toxunduqlarını bildirdi.