Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan brifinq zamanı Avropa Şurasının prezidenti Şarl Mişellə danışıqlar zamanı hərbi əsirlərin, girovların və digər məhbusların əvvəlcədən şərt qoyulmadan geri qaytarılmasının prioritet olduğunu bildirdi.
“Azərbaycanda olan hərbi əsirlərin, girovların və digər məhbusların beynəlxalq humanitar hüquqa və 9 noyabr bəyanatına uyğun olaraq ilkin şərt olmadan dərhal qaytarılmasının vacibliyi qeyd olunub. Azərbaycanın hərbi əsirləri, girovları və ya digər məhbusları geri qaytarmamaq siyasəti, 9 noyabr üçtərəfli bəyanatını pozduğu yeganə hal deyil",- Paşinyan vurğuladı.
Paşinyan xatırladıb ki, 9 noyabr bəyanatı bölgədəki bütün nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılmasını nəzərdə tutur, amma, Azərbaycan bu prosesə də mane olur.