“Ümid edirik ki, Təşkilatımız regional münaqişələrin sülh yolu ilə diplomatik yollarla həllinə öz töhfələrini verəcəkdir”.
Bunu ATƏT Daimi Şurasının iclasında çıxışında Rusiya Federasiyasının daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. “Ümid edirik ki, təşkilatımız regional münaqişələrin sülh yolu ilə diplomatik yollarla həllinə öz töhfələrini verəcəkdir. Bunun üçün bütün vasitələr mövcuddur”.
“Cənubi Qafqaz bölgəsindəki çətin vəziyyəti nəzərə alaraq, Dağlıq Qarabağ probleminin gələcək həllində yardım tələb olunur. Əsas məsələ bölgədəki vəziyyəti normallaşdırmaq, kəskin humanitar problemləri həll etmək və bölgə üçün sabit siyasi və iqtisadi gələcək qurmaq üçün ilkin şərtlər yaratmaqdır. 2020-2021-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları bu yolu göstərib”, – deyə Aleksandr Lukaşeviç əlavə edib.