Avropa Şurası prezidenti Şarl Mişel iyulun 16-da Ermənistana iki günlük səfər edəcək. Səfər çərçivəsində Şarl Mişel ER Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan ilə görüşəcək.
Görüşdən sonra Nikol Paşinyan və Şarl Mişel KİV nümayəndələri üçün danışıqları yekunlaşdıran açıqlamalarla çıxış edəcəklər.
Avropa Şurasının sədri, həmçinin Ermənistan Respublikasının Prezidenti Armen Sargsyanla görüşəcək, Tsitsernakaberd Memorialını ziyarət edərək, Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edəcəkdir.
İyulun 18-də AŞ prezidenti Azərbaycana səfər edəcək və Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək. İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.