Belçikadakı Erməni Milli Komitəsi (ANCA) Belçika xarici işlər naziri Sofi Vilmesə Belçika səfirinin digər ölkələrin diplomatları ilə Azərbaycanın işğal etdiyi Artsax Respublikasına səfərini pisləyən bir məktub göndərdi.
Məktubda qeyd olunur ki, belçikalı diplomat bu dəvəti qəbul edərək, Bakının törətdiyi etnik təmizləməyə və müharibə cinayətlərinə haqq qazandırmağı hədəf alan Azərbaycanın diktator rejiminin təbliğatına qatılmış oldu.
“Bu, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə davamlı, dinc və ədalətli həll yolu tapmaq üçün davam edən səylərini təhlükə altına qoyur. Bu səfərdə Belçika tərəfinin iştirakı çox təəccüblü oldu, çünki Belçika və Siz şəxsən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə qeyd-şərtsiz dəstəyinizi bildirdiniz.
Buna görə də, o səfərdə iştirak etməkdən imtina edən Fransa, Rusiya və ABŞ həmsədrlərindən nümunə götürsəniz daha yaxşı olar. Onların səfərdən imtina etməsi münaqişənin hələ həll olunmadığına dair açıq bir siqnal idi”,-məktubda vurğulanır.