Bir qrup ABŞ senatoru ABŞ prezidenti Co Baydeni Kipr məsələsinə görə Türkiyəyə qarşı təzyiq göstərməyə və sanksiyalar tətbiq etməyə, Ankaranın qanunsuz planlarının qarşısını almağa çağırdı.
Türklər, Kiprin türk işğalından sonra qapalı olan, Şimali Kiprin nəzarəti altında olan Varoşa şəhərini yenidən açmaq istəyirlər. Varoşa, Kiprin yunan-türk hissələrinin bufer zonasında yerləşir.
“Türkiyənin Varoşanı yenidən açma və ya köçürmə cəhdində çoxtərəfli sanksiyalar tətbiq ediləcəyini əvvəlcədən Avropa İttifaqı ilə aydınlaşdırmağa çağırırıq”,-deyə senatorların məktubunda qeyd olunur.
Senatorlar, Türkiyənin öz proqramları ilə BMT və Avropa Parlamentinin çağırışlarına məhəl qoymadığını vurğuladılar.