İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi, Ermənistan Respublikasının Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyana mesaj göndərib.
“İran İslam Respublikasının Prezidenti seçilməyim münasibətilə səmimi təbriklərinizi qiymətləndirirəm.
İran İslam Respublikası ilə Ermənistan Respublikası arasındakı dostluq münasibətlər iki xalqların uzun illər davam edən mədəni əlaqələrə əsaslanır. Konstruktiv əməkdaşlıqla müşayiət olunan beynəlxalq və regional məsələlərdə iki ölkənin oxşar, yaxın mövqeləri münasibətlərimizin vacibliyinin göstəricisidir.
Ortaq çağırışlar bölgədə sülhün və sabitliyin təmin olunması üçün iki ölkə arasında əməkdaşlığın dərinləşməsini qaçılmaz etmişdir. Ümid edirəm ki, yaxın gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın əsaslarını gücləndirmək üçün sinerji prinsipi üzrə təsirli addımlar ata biləcəyik.
Sizə cansağlığı və xoşbəxtlik, Ermənistan Respublikası Hökumətinə və xalqına uğurlar və firavanlıq diləyirəm"- deyə İran Prezidentinin mesajında deyilir.