İndiyə qədər 104 hərbi əsiri qaytara bildik. Bu barədə Nikol Paşinyan bildirdi.
“Son iki ay ərzində Ermənistan-Azərbaycan sərhədində iki nəfər həlak olub. KTMT tərəfdaşlarımızın, ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqətini buna yönəldirəm.
Regional sabitliyin və qarşılıqlı etimadın yaradılmasını pozan digər mühüm amil odur ki, Azərbaycan, götürdüyü öhdəliklərə baxmayaraq, hələ də hərbi əsirlərimizi qaytarmayıb. Hər halda beynəlxalq tərəfdaşlarımızla işbirliyi ilə indiyə qədər 104 hərbi əsiri geri qaytara bildik.
Bütün hərbi əsirlərimizin qaytarılması istiqamətində çalışmağa davam edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli, sərhədlərin demarkasiya və delimitasiyası bölgədə kommunikasiyaların açılması prioritetlərimiz sırasındadır, elə oldu və olacaq”,- deyə Paşinyan vurğuladı.