Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın müxalif siyasətçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib.
“Turan” agentliyinə əsasən, hüquqşünas Xalid Ağaliyev məlumat verib ki, şikayətlər 2012-ci ildə etiraz aksiyaları ilə əlaqədar Tofiq Yaqubluya verilmiş inzibati cəzalarla bağlı idi.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, Yaqublunun 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddələrində nəzərdə tutulmuş hüquqları pozulub. Qərar qəti olduqdan sonra Azərbaycan hökuməti Yaqubluya mənəvi zərər əvəzi 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.