Azərbaycan Ermənistanın demarkasiya və delimitasiya işlərinə guya mane olduğunu təqdim etməyə çalışır. Bu barədə Nikol Paşinyan bildirdi.
“Həqiqət bunun tam əksidir. Azərbaycan demarkasiya və delimitasiya işlərinin əleyhinədir, çünki açıq şəkildə saxtalaşdırılmış xəritələr təqdim edir. Bununla silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərinin bir sıra hissələrində, xüsusən də Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsinin bir sıra yerlərində mövcudluğuna haqq qazandırmağa çalışır”,- deyə Paşinyan vurğuladı.
Onun sözlərinə görə, həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan bu mövzuda öz mövqelərini açıq şəkildə ifadə etdilər.