ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhəd vəziyyətinə toxunaraq qeyd etdi ki, Azərbaycan bölgədə sülhə mane olmaq üçün hər şeyi edir.
“Parlament seçkilərindən sonra proqnozlaşdırdığımız şey baş verib. Azərbaycan beynəlxalq arenalardakı sülhsevər bəyanatlara baxmayaraq, bölgədəki sülhü pozmaq üçün əlindən gələni edəcək. Bunu, proqnozlaşdırılan bir taktika ilə edəcək.
Azərbaycan, Ermənistan və Artsaxın guya sülh, demarkasiya və delimitasiya proseslərinə qarşı olduqlarını göstərməyə çalışacaq və bu fonda təcavüzkar siyasət qurmaq üçün saxta əsaslar yaradacaq. Bunun təzahürlərini son günlərdə gördük,bunu son aylarda da gördük”,- deyə Paşinyan vurğuladı.
Paşinyan vurğuladı ki, Azərbaycanın hərəkətlərinin regional kommunikasiyaların açılmasının qarşısını almağa yönəldi.
“Rusiya, Ermənistan və Azərbaycanın baş naziri müavinləri səviyyəsində olan işçi qrup regional kommunikasiyaların açılması istiqamətində kifayət qədər konstruktiv və effektiv iş aparır. Azərbaycanın sözdə “Zangezur dəhlizi” barədə anlaşılmaz bəyanatlarının işçi qrupunun gördüyü işlər və 11 yanvar üçtərəfli bəyanatının məzmunu ilə heç bir əlaqəsi yoxdur.
Mənim şərhim birmənalıdır - Azərbaycan üçtərəfli işçi qrupunun işini pozmaq və regional komunikasiyaların açılmasının qarşısını almaq üçün dəhlizlə bağlı bəyanatlar verir.Niyə? Çünki Azərbaycanın məqsədi Ermənistanı 30 illik mühasirəyə alma siyasətini davam etdirməkdir.
Ancaq biz Ermənistanın blokadasını yarmaq üçün üçtərəfli işçi qrupunda çalışmağa davam edəcəyik, rus tərəfdaşlarımızın, beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə regional kommunikasiyaların açılmasına, yəni Ermənistanın blokdadan çıxarılmasına nail olacağıq”,- deyə Nikol Paşinyan qeyd etdi.