ABŞ konqresmeni Adam Şif Glendeldə Erməni-Amerikan Muzeyinin təməl qoyma mərasimində iştirak etdi. Ermənistanın və ermənilərin amerikalı dostu Adam Şif “Facebook” səhifəsində yazdı ki, Glendelin mərkəzində Kaliforniya Mədəniyyət Mərkəzi və Erməni-Amerikan Muzeyinin təməlqoyma mərasimində iştirak etmək böyük şərəf oldu.
“Amerika erməniləri xalqımızın ən vacib komponentdir, onlar adətlərimizi, ənənələrimizi və cimaiyyətlərimizi zənginləşdirir. Onların tarixi Amerika tarixidir - çətinlik, əzm qarşısında ümid və yeni başlanğıcın hekayəsidir. Bu muzey tarixi gələcək nəsillərətəqdim etməyə zəmanət verəcək”,-deyə senator yazdı.