Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş diplomatların Artsaxın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı bəyanat yaydı.
Bəyanatda Artsax Respublikasın Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş diplomatların işöal olunmuş Şuşi şəhərinə səfərini pisləyir.
Azərbaycan bu cür hərəkətlərlə 2020-ci ilin sentyabrın 27-də Türkiyənin və beynəlxalq terror və ekstremist təşkilatlar üzvlərinin dəstəyi ilə Artsax Respublikasına qarşı başlatdığı təcavüzkar müharibənin nəticələrini qeydə almağa çalışır.
Bir daha vurğulayırıq ki, mövcud vəziyyət Azərbaycanın qanunsuz əməllərinin nəticəsidir. Azərbaycan beynəlxalq hüququn güc tətbiq edilməmə və ya güc təhdidi, mübahisələrin sülh yolu ilə nizamlanması, insan hüquqlarına hörmət, təməl azadlıqlar, xalqların bərabərliyi, öz müqəddəratını təyinetmə hüququ kimi əsas prinsiplərini kobud şəkildə pozmudu.
Azərbaycanın mövcud qeyri-qanuni reallıqları qanuniləşdirmək cəhdlərr, başladılan müharibəyə, beynəlxalq terrorçularla əməkdaşlığa, beynəlxalq humanitar hüququn pozulmasınıa və hərbi cinayətlərinə haqq qazandırmaq deməkdir.
Təəssüf ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar tərəfindən Azərbaycan tərəfindən manipulyasiya edilmiş. Bu hərəkətlər sadəcə Azərbaycan-Qarabağ münaqişəsinin hərtərəfli həllinin bərpasının qarşısını almağa yönəldirilib, eyni zamnada beynəlxalq münasibətlər qaydalarına xələl gətirir.
Güc təhdid və ya güc tətbiqi nəticəsində heç bir ərazi qazancı qanuni hesab edilə bilməz.
Bir daha bəyan edirik ki, 44 günlük müharibə zamanı Türkiyənin və beynəlxalq terrorçuların dəstəyi ilə Azərbaycanın işğal etdiyi Şuşi şəhəri də daxil olmaqla Artsax Respublikasının əraziləri də beynəlxalq hüquq normalarına uyğun olaraq müvəqqəti olaraq işğal altında olan ərazilərdir.
Şuşi həm ərazi, həm mədəni,iqtisadi və tarixi baxımdan Artsaxın ayrılmaz bir hissəsidir. Onu ayrılmasına yönlənmiş hər hansı bir cəhd Artsax Respublikasının ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Artsax Respublikasının ərazi bütövlüyünün bərpası və Artsaxın beynəlxalq hüquqi obyektivliyinin qazanmas münaqişənin hərtərəfli həlli və bölgədə davamlı sülhün bərqərar olması üçün məcburi şərtlərdir.
ATƏT-in Minsk Qrupu həmsədrlərini Azərbaycan-Qarabağ münaqişəsinin son həllinə dair danışıqlar prosesini bərpa etmək üçün addımlar atmağa çağırırıq”,- deyə Artsaxın XİN bəyanatında qeyd olunur.