Xarici diplomatlar Gürcüstan hökumətini bütün vətəndaşların hüquqlarını qorumağa çağırdılar.
Fransanın Gürcüstandakı səfiri Diego Kolas Twitter mikrobloqunda yazıb:
“Daxili İşlər Nazirliyində diplomatlarla görüşdük. 5 iyulda Tbilisidə kütləvi insan haqları pozuntuları və konstitusiyanın pozulması ilə bağlı məyus olduğumuzu bir daha bildirdik".
Onun sözlərinə görə, diplomatlar hökuməti bütün vətəndaşların hüquqlarını qorumağa çağırıblar.
"Mübahisəyə səbəb olan sözlər əvəzinə, hökuməti azlıqlar və mətbuat daxil olmaqla hər kəsi qorumaq üçün məsuliyyət götürməyə çağırırıq",- deyə səfir yazıb.