İyulun 11-də Türkiyədəki 3 vətəndaş, İstanbulun Kadıköy bölgəsindəki Erməni kilsəsini təhqir edib, girişindəki divarda yüksək musiqi dinləyərək xaç ətrafında rəqs etməyə başladılar. Bu barədə “Ermənihaber” saytı məlumat yayıb.
Hadisənin videosu internetdə yayılıb və Türkiyə erməniləri və digər xristian icmalarının nümayəndələri tərəfindən sərt tənqid edilib. Bu tənqidlərə cavab olaraq Baş Prokurorluğun hadisə ilə bağlı istintaq başlatdığını və Erməni Kilsəsinə hörmətsizlik edən üç vətəndaşın həbs olunduğunu deyilib.
Lakin həbs olunduqdan bir müddət sonra məlum oldu ki, polisdə etiraf etdikdən sonra həmin şəxslər sərbəst buraxılıb. Onlardan ikisi ev dustaqlığına verilib.