Dağlıq Qarabağın Martakert bölgəsinin Vank kəndində Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri humanitar-tibbi aksiya təşkil ediblər. Bu barədə məlumatı Rusiyanın Rusiya Müdafiə Nazirliyi yayıb.
“Kəndimizdə təxminən 1400 nəfər və daha 160 qaçqın yaşayır. Köməklərinə görə sülhməramlılara təşəkkür edirik”,- deyə Vank kəndinin icra hakimiyyət başçısının müavini Sergey Bağramyan bildirdi.
Humanitar mərkəzinin əməkdaşları Rusiya QHT-lərindən yerli xəstəxanaya təxminən 2 ton tibbi vəsait veriblər.
"Hazırda Vank kəndində 68 məcburi köçkün ailəsi yaşayır, bu ailələrdən 21-i çoxuşaqlı ailələrdir, onlara humanitar yardım gətirdik",- deyə humanitar yardım mərkəzinin nümayəndəsi Dmitri Tusidi qeyd etdi.