Ermənistan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan İranın Mərkəzi bölgəsinə səfər edib.
Səfər zamanı ER səfirini Seyid Əli Ağazadə qəbul etdi. Tərəflər Ermənistan ilə İran arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə etdilər.
Səfir Tumanyan, Ermənistanın iqtisadiyyatı, biznes mühiti, ticarət, investisiya proqramlarının həyata keçirilməsi üçün ən əlverişli istiqamətlər barədə ətraflı məlumat verdi və iş adamlarının çoxsaylı suallarını cavablandırdı.
Konfrans çərçivəsində bölgənin bir qrup iş adamının Ermənistana səfər edilməsi barədə razılıq əldə edildi.
Səfər zamanı ER səfiri bölgənin bir sıra müəssisələrini ziyarət etdi.