Gürcüstandan alınan son məlumatlara görə, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələri qanunverici orqana daxil olublar və deputatlarla görüş tələb ediblər. Bu barədə “Sputnik Georgia”nın müxbiri məlumat verib.
Gürcüstan parlamentində gərgin vəziyyət yaranıb. Qeyd olunur ki, müxalifət nümayəndələri parlament spikerinin kürsüsünü zəbt edib. Onlar hökumətin istefasını tələb edib.
Etirazçıların sözlərinə görə, hökumət qarşıdurma zamanı öz vətəndaşlarını qoruya bilmədiyinə görə məsuliyyət daşımalıdır.