İstanbuldakı erməni kilsəsinin divarında və xaç ətrafında yüksək musiqi sədaları altında rəqs edən üç vətəndaş həbs olunub. Bu barədə “RİA Novosti” bildirdi.
Türkiyə mətbuatına əsasən, onlar sərxoş olublar.
Türkiyədəki ermənilər və digər xristian icmalarının nümayəndələri bu hadisəni sərt tənqid etdilər. Türkiyə parlamentindəki erməni deputatı Karo Paylan Erməni Kilsəsinə hörmətsiz yanaşmadan danışdı.
Paylan, Türkiyə Daxili İşlər Nazirliyindən hadisə yerində olan və heç addım atmayan polis əməkdaşları ilə bağlı istintaq başlatmasını tələb etdi. Şahidlərin sözlərinə görə, polis ziyarətgahı təhqir edən vətəndaşlara qarşı tədbir görməyib.
Türk gənclərinin bu hərəkətini Ədalət və İnkişaf Partiyasının sədri Ömər Çelik də prisləyib.