İyulun 11-də Ermənistan Respublikasının İİR-dəki fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan İranın Mərkəzi ostanına səfər etdi. Səfər zamanı ER səfirini ostan rəhbəri Seyid Əli ağazadə qəbul edib, Ermənistan ilə İran arasında iqtisadi-mədəni əlaqələrin inkişaf etdirilməsi məsələləri və bu kontekstdə müvafiq strukturların potensialından daha təsirli istifadə imkanları müzakirə olunub.
Mərkəzi ostanı Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasında təşkil olunan biznes forum zamanı səfir Tumanyan Ermənistan iqtisadiyyatının vəziyyətini, ticarət mühitini, ticarət və investisiya proqramlarının həyata keçirilməsi üçün ən əlverişli istiqamətləri ətraflı təqdim etdi və iş adamlarının çoxsaylı suallara cavab verib.
Konfrans çərçivəsində, iqtisadi fəaliyyətə başlamaq imkanlarını müzakirə etmək üçün ostandan bir qrup iş adamının Ermənistana göndərilməsi barədə razılıq əldə edilib.
Günün sonunda səfir Tumanyan Ərakdakı Müqəddəs Mesrop kilsəsini ziyarət etdi və yerli erməni icmasının nümayəndələri ilə görüşdü.