ABŞ, Fransa və Rusiyanın Azərbaycandakı səfirləri rəsmi Bakının Şuşiyə səfər etmə dəvətindən imtina etdilər. Azərbaycan KİV-lərində yayılan məlumatlara görə, Azərbaycan höküməti 46 ölkə səffirlərini Fizuli (Varanda) və Şuşiyə dəvət etmişdi. Amma ABŞ, Fransa və Rusiya səfirləri səfərə gedən səfirlər arasında olmadılar.
Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən İlham Əliyevin tapşırığı ilə təşkil olunub.
Azərbaycan mətbuatı bu 3 səfirin addımını “demarş” adlandıraraq, bu ölkələri “ermənipərəst” mövqeyində günahlandırdı.