Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei ER Baş naziri müzavininin vəzfəsini icra edən Mher Qrigoryanla birgə açıqlamasında DQ münaqişəsinə toxunaraq qeyd edib ki, yaxında münaqişədən zərərçəkmiş insanlara 9-10 milyon avro yardım göstəriləcəkdir.
“Dağlıq Qarabağ münaqişəsində qurbanların olmasından kədərləndim. Bu kontekstdə 9-10 milyon avroluq humanitar yardımı topladıq. Bu yardım yaxın vaxtlarda münaqişədən zərərçəkənlərə veriləcək.
Avropa İttifaqı münaqişədən sonrakı vəziyyətdə fəal rol oynamağa, etimad qurma tədbirlərini dəstəkləməyə və ilk növbədə humanitar böhranı aradan qaldırmağa hazırdır”,-deyə Varhei vurğuladı.