Brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Ermənistanın İctimai Televiziyasının jurnalisti Meri Egoryan da suallar verib. O, xüsusilə Ermənistan Respublikası Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan və Azərbaycan qoşunları geri çəkildikdən sonra Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilər yerləşdirməsinə dair təklifi ilə bağlı müzakirələr barədə maraqlanıb. Jurnalist, həmçinin Ermənistanın suveren ərazisinə Verin Şorja istiqamətindən girmiş Azərbaycan qoşunlarının təxribat hərəkətlərini və bunun nəticəsində bir erməni hərbçsinin yaralandığını xatırladıb.
“Lurer”-in müxbirinin sualına cavab verərək RF XİN rəsmi nümayəndəsi qeyd edib: “O ki qaldı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı rayonlarındakı vəziyyətin Qarabağ məsələsi ilə birbaşa əlaqələndirilməsinə, bir daha qeyd edirik ki, bizi bunu belə qiymətləndirmirik. Bu Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqi formalaşmış sərhədin olmamasının nəticəsidir. Ümumiyyətlə, tərəflər arasında qarşılıqlı etimadın olmaması vəziyyəti daha da gərginləşdirir. Biz dəfələrlə demişik ki, məsələnin uzunmüddətli və dayanıqlı həllini Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesinə tezliklə başlanmasında görürük”, – deyə Rusiya XİN rəsmisi qeyd edib .
Maria Zaxarova Rusiya tərəfinin məsləhətləşmələrdə kömək etməyə hazır olduğunu vurğuladı: indi də xarici işlər və müdafiə nazirlikləri, eləcə də sərhədçilər arasında gərginliyi azaltmaq üçün müzakirələr davam edir.