Payızda Ermənistan 50.000 doza “Johnson & Johnson” peyvəndini əldə edəcək. Səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan bunu bugünkü mətbuat konfransında bəyan edib.
"Bir doza ilə, yəni 50.000 nəfər üçün istifadə olunur",- deyə Avanesyan qeyd edib.
O həmçinin bildirib ki, yaxın gələcəkdə Ermənistanda 300 min doza "Novovaks" peyvəndi olacaq. Bu peyvənd 2 doza ilə verilir.
Avanesyan, peyvəndlərin "Kovaks" platforması çərçivəsində alınacağını bildirib.