ER Baş naziri müzavininin vəzfəsini icra edən Mher Qrigoryan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei ila birgə açıqlamasında qeyd edib ki, görüş zamanı Ermənistanla Aİ arasındakı fəal əməkdaşlıq, tərəfdaşlığın hazırkı gündəliyi, eləcə də əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş məsələlər barədə fikir mübadiləsi aparıldı.
“2020-ci ildə ortaya çıxan ciddi təhdidlərdən, xüsusən də Azərbaycanın 27 sentyabr 2020-ci il tarixdə Artsaxa qarşı başlatdığı müharibədən və koronavirus epidemiyasından danışdıq.
Qeyd etmək istərdim ki, Ermənistan həm koronavirusla mübarizədə, həm də Artsaxa qarşı müharibədən zərərçəkən həmvətənlərimizə göstərilən humanitar yardım üçün Avropa İttifaqına minnətdardır. Komissar ilə Artsaxa qarşı genişmiqyaslı hərbi təcavüzün ağır nəticələri və müharibədən sonrakı vəziyyəti ilə bağlı hərəkətlərimizi müzakirə etdik",-deyə Qrigoryan qeyd etdi.
Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına sadiqdir.