İspaniyanın Baş naziri Pedro Sançes, Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana parlament seçkilərində "Mülki Müqavilə" partiyasının qələbəsi münasibətilə təbrik məktubu göndərib. Bu barədə ER-nın İspaniyadakı səfirliyi məlumat yayıb.
“Sizi əmin edə bilərəm ki, İspaniya hökuməti İspaniya və Ermənistan, həmçinin Ermənistan və Avropa İttifaqı arasındakı münasibətləri inkişaf etdirməyə hazırdır”,-deyə İspaniya Hökumətinin başçısı qeyd etdi.