"Rusiya, Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə mənfi reaksiya verəcək, ancaq Ankara Moskva ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil",- deyə Rusiya Federal Şurasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov qeyd edib.
Onun sözlərinə görə, Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi yalnız iki ölkənin razılığı ilə baş verəcək və ərazidə rus qoşunlarının, habelə Gümrüdəki rus bazasının olması sabitliyin qarantiyasıdır.
“Ermənistan Rusiya üçün xüsusi bir ölkədir. Vacib olan təhlükəsizliyin təmin edilməsi və təxribatların istisnasıdır. Əminəm ki, sülhməramlılara və sərhədçilərə qarşı hər hansı bir təxribat qətiyyətlə zərərsizləşdiriləcəkdir”- deyə Cabbarov qeyd edib.