Birləşmiş Ştatlar 3 iyulda 15 erməni əsirin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistana qayıtmasını alqışlayır.
"Biz həm də Ermənistanın humanitar minalardan təmizlənməsini asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarını alqışlayırıq.
Bu hərəkətlər, 12 iyunda Azərbaycan tərəfindən erməni əsirlərinin sərbəst buraxılmasından və Ermənistanın humanitar minalardan təmizlənməsini asanlaşdırmaq üçün məlumat vermək qərarından sonra baş verib.Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı.
ABŞ həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir.
Amerika Birləşmiş Ştatları bütün hərbi əsirlərin geri qaytarılması və münaqişə bölgələrində təsirli minalardan təmizlənməsi üçün lazımlı məlumat mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll olunmamış məsələlərin həllini dəstəkləməyə hazırıq.
Biz Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqları bərpa etdirməyə, münaqişənin hərtərəfli və davamlı siyasi həllinə dair danışıqlar aparmağa çağırırıq"- deyə ABŞ-ın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində qeyd edilib.