Ermənistan Respublikasının iqtisadiyyat naziri vəzifəsini icra edən Vahan Kerobyan Rusiyanın sənaye naziri Denis Manturov ilə görüşdü.
“Mehriban mühitdə Ermənistan-Rusiya ticarət-iqtisadi əlaqələrini və sənaye sahəsində əməkdaşlığı dərinləşdirməyə yönəlmiş bir sıra vacib məsələləri müzakirə etdik.
Müzakirə zamanı 2020-ci ildə Ermənistanın və Sverdlovsk bölgəsinin birgə yaratdığı işçi qrupunun işinin aktivləşdirilməsinə toxunub. Ermənistanın azad iqtisadi zonalarında fəaliyyət göstərən rus şirkətlərinin perspektivlərini müzakirə etdik.”